Ermənistana hərbi yardımla bağlı konsensus var – Təcavüzkar yenidən silahlandırılır

2022/11/1669289155.jpg
Oxunub: 933     21:55     24 Noyabr 2022    
KTMT ölkələrinin liderləri, o cümlədən Putin İrəvana gəliblər. Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Ermənistana səfər ediblər. Bu, Vladimir Putinin 44 günlük müharibədən sonra Ermənistana ilk səfəridir. İrəvanda KTMT-nin sammiti keçirilir.

KTMT-nin baş katibi Stanislav Zas bu KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları katiblərinin iclasında KTMT Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarın razılaşdırıldığını bildirib. Ancaq detallar açıqlanmayıb.

O, beynəlxalq və regional təhlükəsizlik məsələlərini təqdim edib, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə də toxunub, vəziyyətin hələ də gərgin olduğunu vurğulayıb.

“Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. KTMT-nin cavab mərkəzlərindən verilən məlumata görə, Ermənistan-Azərbaycan sərhədində praktiki olaraq hər gün atışma baş verir. KTMT Təhlükəsizlik Şurasının bu ilin may, sentyabr və oktyabr aylarında keçirilən son 3 növbədənkənar sessiyası Ermənistan üçün bu təhlükənin müzakirəsinə həsr olunub. KTMT-nin monitorinq missiyasının nəticələri əsasında tərtib edilmiş Ermənistana dəstəyin göstərilməsi layihəsi ümumilikdə razılaşdırılıb”, - deyə KTMT-nin baş katibi layihənin hansı dəstəkdən bəhs etdiyini açıqlamayıb.

Gördüyümüz kimi, Zas hansı tərəfin atışmalara səbəb olduğunu deməyib, yəni ən azı şifahi olaraq ünvansız bəyanat səsləndirib.

Lakin Zasın bəyanatı belə təəssürat yaradır ki, alyansa üzv olan ölkələr Ermənistana yardım məsələsində artıq razılığa gəliblər. Söhbətin hansı yardımdan getdiyinə yaxın vaxtlarda aydınlıq gələcək.

Xatırladaq ki, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş verən qanlı döyüşlərlə əlaqədar rəsmi İrəvan Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına kömək üçün müraciət etmişdi. KTMT vəziyyəti qiymətləndirmək üçün Ermənistana missiya göndərib, yardım məsələsi hələ də müzakirə olunur.

KTMT-yə üzv ölkələrin liderləri İrəvanda Ermənistana birgə yardımın göstərilməsi məsələsini müzakirə ediblər.

Yeri gəlmişkən, İrəvan sammitinə paralel olaraq paytaxtda hərbi alyansa qarşı etiraz aksiyaları da keçirilib. Vətəndaş cəmiyyəti Ermənistan hakimiyyətini KTMT-dən çıxmağa çağırır. Onların fikrincə, İrəvan bu addımı iki ay əvvəl atmalı idi. “Milli Demokratik Qütb” Putinin səfərinə etiraz aksiyası təşkil edib.

Paşinyan hökuməti hərbi alyansın faktiki fəaliyyətsizliyindən dəfələrlə və ən yüksək səviyyədə şikayət edib. İrəvanın digər yerlərində ermənilər KTMT nümayəndə heyətlərini “Xoş gəlmisiniz, biz birlikdəyik” şüarları ilə salamlayıblar.

İrəvanda keçirilən görüşdə Ermənistan, Rusiya, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan liderləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini də müzakirə edirlər.

Alyansa sədrlik Ermənistandan Belarusa keçib. Bu baxımdan prezident Aleksandr Lukaşenko Belarusun dövründə gündəmdə olacaq alyansın prioritet məsələlərindən danışıb.

İrəvanda keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin Paşinyanla da görüşüb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Hərbi-Yardım  


Bizi "telegram"da izləyin