İrəvanda güclü axşam| KTMT-nin dağıntıları altında kim qalacaq?

2022/11/1669289115.jpg
Oxunub: 560     20:23     24 Noyabr 2022    
Putin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

Sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində bildirib.

Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib, həmçinin qeyd edib ki, aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb. Prezident bildirib ki, birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. O vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək.

“Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əldə olunmuş razılaşmaları ardıcıl olaraq yerinə yetirməklə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək”, - deyə Putin vurğulayıb.

Vladimir Putin hərbi strukturda müsbət irəliləyişlərlə yanaşı, çatışmazlıqların da olduğunu vurğulayıb və KTMT-yə üzv ölkələrin liderləri ilə qapalı görüşdə bu barədə daha ətraflı danışacağını vəd edib.

Lukaşenkonun sözlərinə görə, İrəvan sənədə düzəliş təklif edib, lakin bu iki bənd qəbul edilməyib.

“Azərbaycanı cilovlamaq bizim işimiz deyildi. Gəlin Rusiyanın sülh vasitəçiliyi yolu ilə gedək. Bəli, Nikol Vovaeviç, ciddi nüanslar var. Amma biz yenidən gərginləşə biləcək bu münaqişəni indi həll edə bilərik”, - Lukaşenko bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Belarus prezidenti bəyan edib ki, Ermənistan tərəfi imzalanacaq sənədə əlavə təklif edib: “Lakin biz bu iki bəndi qəbul etməmək, onları dərinləşdirmək qərarına gəldik”.

Aleksandr Lukaşenko bu məqamların nə ilə bağlı olduğunu açıqlamayıb.

“Mən bu sənədləri bu formada imzalamağa hazır deyiləm” - Paşinyan KTMT sənədini imzalamaqdan imtina edib

“KTMT tərəfindən Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında sənəd demək olar ki, hazırdır, lakin ona bir qədər yenidən baxılmalıdır”. Bunu İrəvan sammitinə yekun vuran hərbi alyansın baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında bildirib.

“Ümumiyyətlə, Ermənistanla Azərbaycan sərhədindəki gərginliklə təbii olaraq bağlı olan bu çətin vəziyyətdə Ermənistana yardım göstərilməsi üçün kompleks tədbirlər razılaşdırılıb. Sənəd ümumiyyətlə hazırdır, lakin yenidən işlənmək lazımdır. Onun işlənib hazırlanması və ölkə rəhbərlərinə təqdim edilməsi barədə tapşırıq verilib”, - deyə o qeyd edib.

KTMT dövlət başçılarının birgə iclasında 15 qərar qəbul edilib, yalnız 2-si yenidən baxılmaq üçün göndərilib ki, onlardan 1-i Ermənistanla bağlı olub. Ermənistanın baş naziri Nikol Paşinyan kiçik sessiyada bir daha deyib ki, İrəvan təşkilatdan siyasi qiymət gözləyir, lakin bu, qiymət verilməyib. Paşinyan bəyan edib ki, siyasi qiymət verilmədiyi üçün həmin sənədi imzalamağa hazır deyil. Sənəddə hansı ifadənin olduğu məlum deyil: “Bu şəraitdə vəziyyətə aydın siyasi qiymət verilməməsi və yuxarıda qeyd olunan qərarın qəbul edilməməsi KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi anlamına gələ bilər”.

KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları katiblərinin iclasında Stanislav Zas KTMT Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarının ümumilikdə razılaşdırıldığını açıqlayıb.

Daha sonra genişləndirilmiş iclasda KTMT-yə sədrliyi Ermənistandan təhvil alan Belarus prezidenti Aleksandr Lukaşenko izah edib ki, erməni tərəfi imzalanacaq sənədə əlavə təklif edib, lakin onlar bu məsələnin müzakirəsini təxirə salmaq qərarına gəliblər. “Lakin biz ilk dəfə razılaşdıq ki, razılığa gəlmək üçün yanaşma nöqtələri var. Sədr səlahiyyətlərini icra edəndən anladığımız kimi, bu gün müzakirə etdiyimiz kimi davransaq, Ermənistan-Azərbaycan münaqişəsi başa çatacaq və sülh müqaviləsi imzalanacaq. Nikol Vovaeviç susur, ona görə də o da mənim dediklərimlə razılaşır”, - deyə Belarus lideri bildirib.

Çıxışında Paşinyan bir daha bu hərbi strukturun fəaliyyətini tənqid edib və vurğulayıb ki, Ermənistanın KTMT-yə üzv olması heç bir halda Azərbaycanın hərəkətlərini əngəlləyə bilməyib, onlar indi “yenidən baş verə biləcək bu münaqişəni” həll edə bilərlər. “Bizim hamımızın sülhə ehtiyacımız var”, - deyə Belarus prezidenti davam edib və ölkəsinin prezidentliyi dövründə hərbi alyansın prioritetlərini sadalayıb.

“Son günlər kütləvi informasiya vasitələrində KTMT-nin taleyinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatdan (Rusiya Ukraynaya qarşı müharibəni belə adlandırır – red.) asılı olduğuna dair tezis gəzir. Yəni Rusiya qalib gəlsə, KTMT var olmağa davam edəcək, Allah eləməsin qalib gəlməsə, KTMT artıq mövcud olmayacaq. Mən hiss edirəm ki, biz birgə qərara gəlmişik: Rusiya Federasiyası dağılacaqsa, biz dağıntılar altında qalacağıq, biz bir-birimizi qorumalıyıq”, - deyə Aleksandr Lukaşenko bəyan edib. Belarus rəhbəri həmçinin KTMT-nin dəyişən çağırışlara və təhdidlərə uyğunlaşdırılmasının zəruriliyindən danışıb, təşkilatın bunun üçün güclü kollektiv potensiala malik olduğunu qeyd edib. O, həmçinin KTMT-Çin strateji dialoquna başlamağı təklif edib.

Paşinyan bir daha xatırladıb ki, Azərbaycanla bağlı KTMT-dən heç bir cavab almamışıq.

İrəvanda üzv dövlətlərin rəhbərlərinin iştirakı ilə bir neçə saat davam edən KTMT sammiti 2020-ci il Rusiya prezidenti Vladimir Putin də müharibədən sonra ilk dəfə Ermənistana gəlib.

Paşinyan, əslində, çıxışına strukturun sərt tənqidi ilə başlayıb. Paşinyan vurğulayıb ki, indiyədək KTMT-dən lazımi cavab almayıb.

“Ermənistanın KTMT-də sədrliyi başa çatır, kifayət qədər gərgin dövr idi. Biz KTMT müqaviləsinin imzalanmasının 30 illiyini və alyansın yaradılmasının 20 illiyini qeyd etdik. Yubiley qeyd etmələrinə baxmayaraq, təəssüf ki, bizim əhval-ruhiyyəmiz heç də yubiley xarakterli deyil”, - deyə o bildirib.

Paşinyan KTMT-nin Azərbayana cavab verməməsindən şikayətlənib: “Bu, KTMT-nin imicinə böyük zərbədir. Mən bunu Ermənistan sədrliyinin ən böyük uğursuzluğu hesab edirəm”.

KTMT-nin sammitindən əvvəl KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları katiblərinin ümumi iclası keçirilib və bu iclasda təşkilatın baş katibi Stanislav Zas bildirib ki, KTMT Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarı ümumilikdə razılaşdırılıb. O, mətbuat konfransında başqa təfərrüatları açıqlamayıb.

“Qafqaz regionunda Ermənistan hökumətinin və digər iştirakçıların dinc razılaşmaların əldə edilməsi, sərhədlərin hüquqi formalaşdırılması və nəqliyyat marşrutlarının açılması istiqamətində səyləri müsbət rol oynayır. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində gərginlik qorunur, KTMT-nin cavab mərkəzlərinin verdiyi məlumatlar Ermənistan-Azərbaycan sərhədində praktiki olaraq hər gün atışmanın baş verdiyini təsdiqləyir.

KTMT Təhlükəsizlik Şurasının bu ilin may, sentyabr və oktyabr aylarında keçirilən son üç növbədənkənar sessiyası Ermənistan üçün bu təhlükənin müzakirəsinə həsr olunub. KTMT-nin monitorinq missiyasının nəticələri əsasında hazırlanmış Ermənistana dəstək layihəsi ümumən razılaşdırılıb”, - deyə o qeyd edib.

Jurnalistlərə də açıqlama vəd edilmişdi, lakin bu, baş tutmadı və bu arada təsadüfən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı canlı yayımlandı və orada onun belə dediyi eşidildi: “Ermənistana yardım məsələsini ləngidiriksə, indi nə elan edəcəyik?”.

Və bundan sonra “Azadlıq” radiosunun məlumatına görə, canlı yayım dayandırılıb və davamını dinləmək mümkün olmayıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Belarus  


Bizi "telegram"da izləyin