Rusiya-NATO qarşıdurmasının Qafqaz riskləri – BAXIŞ BUCAĞI

2022/11/429df-1669288848.jpg
Oxunub: 271     17:30     24 Noyabr 2022    
ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Söhbət zamanı NATO xarici işlər nazirlərinin Budapeştdə keçiriləcək görüşü ilə bağlı məsələlər müzakirə olunub. NATO xarici işlər nazirləri noyabrın 29-30-da Macarıstanın paytaxtında görüşəcək. Burada bir hal diqqətə layiqdir.

Macarıstanın xarici işlər naziri Moskvaya səfər edib. NATO nazirlərinin görüşündən öncəki həmin səfər həqiqətən də maraqlıdır və sual doğurur ki, macar nazirin səfəri NATO ilə Rusiya Federasiyası arasında müəyyən ünsiyyətin təmin olunması şəraiti ilə bağlıdır?

Başqa bir hadisəni nəzərə alsaq, bu sual Qafqaz ölkələri üçün heç də “uzaq” deyil. 2021-ci ilin yayında Rusiyanın xarici işlər naziri Lavrov Macarıstana səfər edib və səfərdən əvvəl Rusiya XİN-in mətbuat katibi Zaxarova Lavrovun Macarıstana səfəri zamanı Qarabağla bağlı məsələlərin də müzakirə ediləcəyini bildirib.

Sual yaranır ki, Macarıstanın bu məsələlərə nə dəxli var və Rusiya xarici işlər naziri bu məsələni nə üçün Macarıstanda müzakirə edir? Burada qeyd etmək yerinə düşər ki, Macarıstan xarici işlər nazirinin Moskvaya səfəri təkcə NATO xarici işlər nazirlərinin Budapeşt görüşündən əvvəl deyil, İrəvanda keçirilən KTMT Şurasının iclası ərəfəsində baş verir.

Bütün bunların fonunda KTMT-nin baş katibi Zas İrəvanda çıxışı zamanı qeyd edib ki, NATO-ya üzv dövlətlər Şərqi Avropa regionunda öz hərbi qüvvələrini artırır, hərbi infrastrukturu yaxşılaşdırır, KTMT-nin Xəzəryanı ərazidəki məsuliyyət zonasının qərb sərhədlərinə yaxınlaşır: “Bu, bizim təşkilat da daxil olmaqla, əlavə çətinliklər yaradır”. Eyni zamanda qeyd etmək lazımdır ki, Ukraynada gərginliyin artmasından təkcə Zas deyil, məsələn, Almaniya kansleri Şolts da danışır.

Qafqaz ölkələri üçün bu reallıqlar təbii olaraq NATO-KTMT qarşıdurmasının açıq müstəviyə keçməsi riskini kəskinləşdirir və bu qarşıdurmada Qafqazı “teatr” hesab etmək olar. Bu hadisələrin fonunda digər bir diqqətçəkən səfər baş tutub. “NATO günləri” çərçivəsində NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. O, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Azərbaycan-NATO əməkdaşlığının perspektivlərini müzakirə edib. Bu hadisələrin son günlərdə regionda baş verənlərlə bağlı olması şübhəsizdir.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Qafqaz  


Bizi "telegram"da izləyin