Moldova səfiri İlham Əliyevi Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib

2022/11/16692-1669292004.jpg
Oxunub: 153     15:16     24 Noyabr 2022    
Moldovanın Azərbaycana təyin edilmiş yeni səfiri Aleksandr Esaulenko Prezident İlham Əliyevi Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib.

Ordu.az-ın xəbərinə görə, səfir təbriklərini noyabrın 24-də Prezidentə etimadnaməsini təqdim edərkən çatdırıb.

"Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim", - Aleksandr Esaulenko Azərbaycan dilində deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Azərbaycan  


Bizi "telegram"da izləyin