“Rusiyanın Ukraynadakı əməlləri müharibə cinayətidir” - Lyayen

2022/03/49813-1646975606.jpg
Oxunub: 175     15:05     24 Noyabr 2022    
“Rusiyanın Ukraynadakı əməlləri müharibə cinayətidir”.

Ordu.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviterdə yazıb.

Onun sözlərinə görə, Avropada qışın yaxınlaşması ukraynalılarla bağlı narahatlığı artırır: “Rusiya Prezidenti Vladimir Putin Ukraynanın mülki infrastrukturunu qəsdən və vəhşicəsinə hədəfə alır. Nəticədə qadınlar, kişilər, uşaqlar qaranlıqda qalır, donurlar”.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Rusiyanın yeganə məqsədi mülki insanlara qarşı terrordur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin