Zabit: "Sarıbabada basdırılan minalar insan tələfatı üçün nəzərdə tutulub"

2022/11/photo-1669275460.jpg
Oxunub: 189     14:41     24 Noyabr 2022    
"Laçın rayonunun Sarıbaba yüksəkliyində basdırılan minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və bu minalar insan tələfatı üçün nəzərdə tutulub".

Ordu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin polkovnik-leytenantı Cavid Cabbarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və jurnalistlərə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan minalar 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilib: "Bunlar piyada əleyhinə fuqas tipli minalardır. Minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və gövdəsi 200 qramdır. Minalar insan tələfatı üçün nəzərdə tutulub. Sarıbabadakı minalar Vətən müharibəsindən sonra 2021-ci ilin birinci həftəsində basdırılıb".

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarıbaba   Mina  


Bizi "telegram"da izləyin