“Joğovurd”: Qarabağda separatçılar “xaricdən yeni kadrlar” gətirəcəklər

2022/11/TASS--1669286013.jpg
Oxunub: 265     15:50     24 Noyabr 2022    
Serepatçı Ruben Vardanyan “vəzifə”yə yeni təyin olunsa da, artıq əsl “kadr qırğını”na başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, ötən gün o, “kabinetin bütün nazirləri”ni “vəzifə”dən azad edib və yalnız dördünü “müvəqqəti icraçı” təyin edib.

“Məlumata görə, işdən çıxarılma paradı təkcə “Qarabağın siyasi qüvvələri”ni deyil, həm də “icra, qanunvericilik və güc strukturlarının nümayəndələri”ni təəccübləndirib. Qarabağdaklı mənbələrimiz hələlik yeni adların yayılmadığını bildiriblər. “O bu məlumatı ciddi şəkildə məxfi saxlayır. Onun bununla bağlı kiminlə müzakirə apardığı və ya ümumiyyətlə müzakirələr apardığı, yaxud özünün qərarlar qəbul etdiyi məlum deyil”, - həmsöhbətimiz bildirib və əlavə edib ki, “Qarabağın yeni hökumət kabineti”, görünür, qarabağlılardan “formalaşdırılmayacaq”. “Ya Ermənistandan kadr gətirəcək, ya da xaricdən. O, daim vurğulayır ki, bu gün Qarabağda qeyri-standart həllər lazımdır və bunun üçün görünür, o, “qeyri-standart” həllər mütəxəssislərini ön plana çıxaracaq”, - həmsöhbətimiz əlavə edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin