Ermənistan hökuməti Daxili İşlər Nazirliyinin yaradıldığını təsdiqlədi

2020/11/image-1605273578.jpg
Oxunub: 199     15:11     24 Noyabr 2022    
Ermənistan hökuməti noyabrın 24-də keçirilən iclasında “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna və bununla bağlı Daxili İşlər Nazirliyinin yaradılmasını nəzərdə tutan qanunlara dəyişikliklər edib.

Ordu.az xəbər verir ki, Ermənistan ədliyyə nazirinin müavini Qriqor Minasyan paketi təqdim edərək qeyd edib:

“Yeni nazirliyin yaradılması polis sahəsinə həm parlament, həm də ictimai nəzarəti təmin etməyə imkan verəcək, həm də polis bu sahədə islahatların həyata keçirilməsinə cavabdeh olacaq. Daxili İşlər Nazirliyinə üç əsas xidmət daxil olacaq: polis, xilasetmə xidməti və miqrasiya və vətəndaşlıq xidməti. Nazirlik 5 əsas istiqamət üzrə fəaliyyət göstərəcək: ictimai asayişin qorunması, cinayətlərin qarşısının alınması və açılması, fəlakət risklərinin idarə edilməsi, miqrasiya və vətəndaşlıq, dövlət ehtiyatlarının idarə olunması və humanitar məsələlər”.

Onun sözlərinə görə, xidmət rəhbərlərini Ermənistan Baş naziri təyin edəcək, müavinləri daxili işlər nazirinin təqdimatı ilə yenidən Ermənistan Baş naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin dayandırılması planlaşdırılır: dörd aya qədər keçid dövrü nəzərdə tutulur. Həmin 4 ayda hökumətdə nazirlərin sayı 13 olacaq, ondan sonra onlar 12 nazirlik prinsipinə qayıdacaqlar.

Qanuna əsasən, Ermənistan polisinin rəisi daxili işlər nazirinin müavini, eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin