“Hraparak”: Putin çıxışında Paşinyana cavab verib

2022/11/image-1669285759.jpg
Oxunub: 415     17:13     24 Noyabr 2022    
Ötən gün Nikol Paşinyan KTMT sessiyasını tənqidlə açıb: “Ermənistan KTMT-yə sədrliyini başa vurur. Yubiley ili olsa da, Ermənistan üçün heç də yubiley ili deyildi. 2 il ərzində KTMT-yə üzv dövlət Azərbaycan tərəfindən ən azı 3 dəfə “hücum”a məruz qalıb və faktiki olaraq indiyədək bu “təcavüz”lə bağlı KTMT-dən heç bir cavab almamışıq ki, bu da KTMT-nin imicinə böyük zərbədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan bunu “Ermənistanın sədrliyinin ən böyük uğursuzluğu” adlandırıb.

“Daha sonra Putin çıxışında ona cavab verib: “Ümid var ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür””, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin