Oskanyan, yoxsa Ayvazyan? – Vardanyan Moskvadan qayıtdıqdan sonra “yeni təyinatlar” edəcək

2022/11/e189f-1669285705.jpg
Oxunub: 241     16:24     24 Noyabr 2022    
Ötən gün Qarabağda qondarma qurum daxilində “kadr qırğını” təşkil olunub, Arayik Harutyunyana sadiq olduğu üçün “güc strukturları” istisna olmaqla, bütün “nazirlər” işdən çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, söhbət “müdafiə və daxili işlər nazirləri”ndən gedir.

“Noyabrın 4-də isə Ruben Vardanyan öz “kabinet”ini formalaşdırır. O, bir dəfə “kadr” məsələlərində tələsməyəcəyini bəyan etsə də, hər kəsə “öz siyasi mədəniyyətinə uyğunlaşmaq” şansı verəcəyini bildirsə də, ötən gün sürpriz “işdən çıxarılmalar” oldu. Qarabağda hesab edirlər ki, proseslər sürətlə inkişaf edir, azərbaycanlılar görünməmiş fəallıq nümayiş etdirirlər və onlara artan çağırışların öhdəsindən gələ biləcək yeni qüvvələr, yeni idarəetmə modelləri lazımdır. Ötən gün azad edilən 9 “nazir”dən 4-ü “müvəqqəti icraçı” təyin edilib: bunlar “xarici işlər naziri, maliyyə, ədliyyə və şəhərsalma nazirləri”dir. Ötən gün “xarici işlər naziri”nə namizədlərin, xüsusən də Vardan Oskanyanın, digər şəxslərin, eləcə də Ara Ayvazyanın adları hallanırdı. Hər halda, hələlik yekun qərar yoxdur. Görünən odur ki, yaxın günlərdə “yeni təyinatlar” olacaq. Məlumata görə, Vardanyan ötən gün İrəvana gəlib, bu gün Moskvaya yola düşəcək və bəzi düzəlişlərdən sonra “yeni kabinet”i formalaşdıracaq. Qarabağda “güc strukturları”nda da “dəyişikliklər”in olacağını istisna etmirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardanyan   Qarabağ  


Bizi "telegram"da izləyin