“Past”: Ermənistanın səfirlikləri üçün yeni binalar almaq istəyirlər

2022/11/bf843-1669285625.jpg
Oxunub: 244     15:22     24 Noyabr 2022    
Bu günlərdə Ermənistanın bir sıra ölkələrdə, o cümlədən Yunanıstan, Almaniya və İtaliyada akkreditə olunmuş səfirləri həmin ölkələrin müxtəlif dairələri ilə fəal görüşlər keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, problem ondadır ki, Ermənistan hakimiyyəti qarşıdakı bir il ərzində Avropa və Asiya ölkələrinin 10-a yaxın ölkəsində yeni səfirlik binaları almaq niyyətindədir və proses birbaşa Nikol Paşinyanın nəzarəti altında həyata keçirilir.

“Üstəlik, məlumatlara görə, müzakirə olunan ərazilərin fotoları Paşinyanın razılığını almaq üçün şəxsən ona göndərilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səfirlik  


Bizi "telegram"da izləyin