“Hraparak”: Müharibədən sonra Ermənistan hökuməti rusiyayönlü dəstək arenasında rekordlar qırıb

2022/11/1669285563.jpg
Oxunub: 145     14:51     24 Noyabr 2022    
Noyabrın 23-də İrəvana gələn KTMT liderləri arasında yalnız Rusiya prezidenti Vladimir Putini Nikol Paşinyan şəxsən qarşılayıb, digərlərini isə baş nazirin müavini Mher Qriqoryan qarşılayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Putinin Ermənistana 2019-cu ildə baş tutan əvvəlki səfəri zamanı Paşinyanın şəxsən onu qarşılamaq üçün hava limanına getməməsi qızğın müzakirələrə səbəb olub.

“O zaman hakimiyyət və onların havadarları Paşinyanın “cəsarətli” addımına sevinərək onların hakimiyyətinin əvvəlki kimi Rusiyanın qulu olmadığını bəyan etmişdilər. Ancaq müharibədən sonra Ermənistan hökuməti rusiyayönlü dəstək arenasında rekordlar qırıb. Soçidəki görüşdə Paşinyan Qarabağda yerləşən rus sülhməramlıların missiyasının müddətinin qeyri-müəyyən müddətə, 20, 15, 5 il müddətinə uzadılmasını təklif edib. Görüşdən bir neçə gün sonra o, Rusiyanın 2021-ci ilin yanvarında təklif etdiyi sülh müqaviləsi variantını qəbul etdiyini açıqladı”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin