Ermənistan Müdafiə nazirinin işi üzrə məhkəmə iclasında yazılı sübutlara baxılıb

2022/07/sdf45-1657016533.jpg
Oxunub: 338     14:39     24 Noyabr 2022    
Noyabrın 22-də Ermənistan Antikorrupsiya Məhkəməsində hakim Vahe Domlazyanın sədrliyi ilə keçirilən iclasda ölkənin keçmiş müdafiə naziri Davit Tonoyanın və digərlərinin işi üzrə yazılı sübutlar araşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Tonoyanın müdafiəçisi Sergey Hovhanisyan bildirib.

Onun sözlərinə görə, ittiham tərəfinin yazılı sübutlarının araşdırılması demək olar ki, başa çatıb.

“İşdə qalan sübutların heç bir sübut dəyəri yoxdur. Bu sübutların heç biri ilə bağlı heç bir qorxumuz yoxdur”, - deyə Hovhannisyan qeyd edib.

Erməni vəkil vurğulayıb ki, işin bu sübutları ilk növbədə bəraət hökmünün əsasına qoyulmalıdır.

Xatırladaq ki, Davit Tonoyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində başlanmış silah-sursatdan sui-istifadə işində iştirak edir. Cinayət işi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyana, “Patron Davo” kimi tanınan iş adamı Davit Qalstyana qarşı ittihamlar irəli sürülüb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Davit Tonoyan ötən il sentyabrın 30-da saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaltsyan  


Bizi "telegram"da izləyin