“Qarabağdakı “dəyişikliklər” bizə nə verəcək? Ümumiyyətlə, heç nə” - Ohancanyan

2022/09/ghj7g-1662802181.jpg
Oxunub: 304     15:40     24 Noyabr 2022    
Qondarma qurumun “rəhbəri” Arayik Harutyunyan “parlamentin sədri”nə müraciət edərək “konstitusiyaya dəyişiklik layihəsi”ni dövriyyədən çıxararaq geri qaytarmağı xahiş edib.

Ordu.az-ın məlumatına görə, “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, erməni ictimai xadim Karen Ohancanyan qeyd edib ki, müharibə və ondan sonra baş verənlər “mövcud konstitusiyanın bəzi bəndləri”nin dəyişdirilməsi, dövrün tələblərinə uyğunlaşdırılması tələblərinə səbəb olub.

“Bu “dəyişikliklər” bizə nə verəcək? Ümumiyyətlə, heç nə. Qarabağda (qondarma qurum – red.) problem bütün “qurumlar”ın səmərəli idarə olunmasıdır. Effektiv idarəçilik “konstitusiya dəyişikliyi” olmadan da mümkündür və bu, faktdır. Bir çox “ictimai-siyasi qüvvələr” Harutyunyandan yuxarıda sadalanan amilləri nəzərə alaraq “layihə”ni geri götürməyi və “konstitusiyaya dəyişikliklər prosesi”ni dayandırmağı xahiş etdilər və Harutyunyan bunu etdi”, - deyə Ohancanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin