Azərbaycan Prezidenti Liviyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

2022/11/1669281882.jpg
Oxunub: 244     15:15     24 Noyabr 2022    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

Ordu.az xəbər verir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladaraq, bu tədbirdə çıxışında ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə danışdığını vurğulayıb. Prezident İlham Əliyev deyib ki, Azərbaycanın bu Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ərəb dünyasının ölkəmizə münasibətini bir daha nümayiş etdirib.

Azərbaycan Prezidenti dostluq əlaqələri nəzərə alınmaqla ikitərəfli münasibətlərimizin, xüsusilə də iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığımızın fəallaşdırılmasının zəruriliyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd Yunis əl-Mənfiyə çatdırmağı xahiş edib.

Ali Salem Naser səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Səfir dövlətlərimizin və xalqlarımızın maraqları naminə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Livan  


Bizi "telegram"da izləyin