Aleksandar Vuçiç: “Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik”

2022/07/ds4fd-1659294619.jpg
Oxunub: 311     18:36     23 Noyabr 2022    
“Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik”.

Ordu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı bildirib.

“Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək” – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Azərbaycan  


Bizi "telegram"da izləyin