Britaniya Aİ-nin müdafiə layihəsinə qoşulacaq

2022/11/fsd-1669203418.jpg
Oxunub: 546     17:40     26 Noyabr 2022    
Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın tələbi ilə bu ölkəni PESCO (Daimi Strukturlaşdırılmış Əməkdaşlıq) adlı müdafiə layihələrindən birində iştiraka dəvət edəcək.

Ordu.az xəbər verir ki, Avropa İttifaqı Şurası Böyük Britaniyanı hərbi nəqliyyat sahəsində müdafiə layihəsinə dəvət etmək qərarına gəlib.

Aİ Şurasının Aİ Müdafiə Nazirləri Toplantısı davam edərkən verdiyi açıqlamaya görə, hərbi nəqliyyat sahəsində layihənin koordinatoru qismində Böyük Britaniyanı dəvət etmək Hollandiyaya həvalə edilib.

Şuranın bəyanatında Böyük Britaniyanın Aİ layihəsinə əhəmiyyətli əlavə dəyər təmin edəcəyi bildirilib.

Aİ administrasiyası bildirir ki, xüsusilə Ukraynadakı müharibədən sonra bütün Avropaya qoşun və texnikanın daşınması təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir. Silahlı qüvvələrin sürətli mobilliyi və təhlükəsiz daşınmasının Aİ və NATO-nun böhranlara cavab verməkdə inkişafı üçün vacib olduğu vurğulanır.

Ötən il Aİ-nin hərbi nəqliyyat sahəsində müdafiə layihəsində ABŞ, Norveç və Kanada da iştirak edib.

PESCO layihəsi sərhəd keçidləri üçün hərbi nəqliyyat prosedurlarının standartlaşdırılması və sadələşdirilməsinə yönəlmiş siyasi və strateji platforma kimi xarakterizə olunur. Layihənin məqsədi Avropada avtomobil yolları, körpülər və dəmir yolları kimi infrastrukturları standartlaşdırmaq, şəxsi heyətin və hərbi materialların sürətli hərəkətini təmin etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Britaniya  


Bizi "telegram"da izləyin