Rusiyada yaşayış binaları PUA-lar üçün eniş zolaqları ilə təchiz oluna bilər

2021/04/56756-1618817929.jpg
Oxunub: 265     15:26     25 Noyabr 2022    
Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov ölkədə Pilotsuz Uçuş Aparatları (PUA) üçün şəhər infrastrukturunun qurulması üzrə işlərə başlamaq barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Layihəni Rusiyanın Tikinti, Mənzil və Kommunal Xidmətlər Nazirliyi və VEB.RF dövlət agentliyi həyata keçirəcək.

Layihə çərçivəsində yaşayış binaları üzərində PUA-ların enib-qalxması üçün eniş zolaqları salına bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin