İranın müvəqqəti işlər vəkili Avstraliya XİN-ə çağırılıb

2021/06/60bf1-1623136096.jpg
Oxunub: 220     15:18     22 Noyabr 2022    
İranın müvəqqəti işlər vəkili Avstraliya xarici işlər nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün “Twitter“ səhifəsində bildirib.

O qeyd edib ki, Avstraliya hökuməti etirazların şokedici şəkildə yatırılmasına görə İran səfirini yenidən çağırıb.

O, İrandakı etirazlara dəstək olaraq deyib: “Biz beynəlxalq tərəfdaşlarımızla və hökumət daxilində İranın insan haqlarını pozduğuna görə, ona təzyiqləri artırmaq üçün işləməyə davam edəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   İran  


Bizi "telegram"da izləyin