Türkiyədən dünyaya açıq mesaj: İki fərqli ölkəyə qarşı son dərəcə güclü gecə əməliyyatı (ANALİZ)

2022/11/1669108963.jpg
Oxunub: 724     17:21     22 Noyabr 2022    
Döyüş təyyarələri, PUA-lar, bir çox mühüm hədəfin müvəffəqiyyətlə məhv edilməsi... Türkiyə “Pəncə-Qılınc” əməliyyatı ilə terrorla mübarizə tarixinə yeni bir səhifə əlavə edib və eyni anda iki fərqli ölkəyə qarşı son dərəcə güclü gecə əməliyyatı təşkil edib.

Əməliyyatın həm beynəlxalq əlaqələr, həm də hərbi və kəşfiyyat ölçüsü baxımından əhəmiyyətli mesajları və mümkün nəticələri var.

“Pəncə-Qılınc” əməliyyatının ən aydın mesajı terrorla mübarizə məsələsidir. Lakin gecə yarısı əməliyyatı həm Avropa, həm ABŞ, həm də Türkiyə-Rusiya münasibətlərinə fərqli təsir göstərir.

Əməliyyatın məqsədi nədir?

Türkiyənin gecə yarısı əməliyyatı ilə əlaqə saxladığı mərkəzlərə mesaj verdiyinə və bu mesajın ilk növbədə “terrorla mübarizə” prizmasından oxunmasının lazım olduğuna diqqət yetirmək lazımdır. Gecə yarısı iki ölkəyə eyni anda hava hücumu təşkil etmək NATO, həm də ABŞ üçün bir siqnaldır.

Türkiyə gecə həyata keçirilən əməliyyatla ABŞ və NATO-ya belə bir mesaj verir: “Terrorla mübarizə mənim qırmızı xəttimdir. Olsanız da, olmasanız da, mən bu gücü təkbaşına həyata keçirə bilən bir ölkəyəm”.

Ankara milli təhlükəsizlik qavrayışına yüngül yanaşılmasını istəmir. Onu fikrindən daşındırmaq istəyən qərb ölkələrinə də bacarıqlarını göstərir.

Əməliyyat rus pəncərəsindən necə oxunur?

Gecə əməliyyat başlayandan bəri bəzi mənbələr Türkiyənin kilometrlərlə dərinliyə getdiyini və bu prosesdə Suriya hava məkanından istifadə edildiyini iddia edib. Ancaq Türkiyə Milli Müdafiə Nazirliyi əməliyyatın Türkiyə hava məkanında həyata keçirldiyini bildirib.

Əməliyyatdan əvvəl Ankara ilə Moskva arasında koordinasiyanın olması ehtimalı yükəkdir. Bu addımla Moskva Ukraynaya və Qərbə də mesaj verə bilər.

Əməliyyatdan əvvəl ABŞ-dan iki çox vacib məsələni xatırladırıq... Birincisi, Ərbil Konsulluğunun son bir neçə gündə verdiyi “əməliyyat ola bilər” xəbərdarlığıdır. Digəri isə ABŞ komandirinin ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin hazırladığı YPG üzvlərinin buraxılış mərasimində kürdcə danışmasıdır. Türkiyə əməliyyatla ABŞ-a “terrordan uzaq durun” mesajını verdi desək yanılmarıq.

Dünyanın yeni Soyuq Müharibə dövründən danışdığı bir vaxtda Ankaranın belə əhatəli əməliyyat həyata keçirə bilməsi Türkiyənin əlini gücləndirir. Ekspertlər bu əməliyyatın qlobal inkişaflar çərçivəsində oxunduğunda fərqli mənalar daşıyacağı fikrini bölüşür. ABŞ, Çin, Rusiya və İngiltərə kimi güclərin yeni nizam formalaşdırmağa, öz geosiyasi məkanını yaratmağa çalışdığı günlərdən keçirik. Bununla belə, öz regionunda çox mühüm aktor olan ölkələr də var. Onlardan biri də Türkiyədir.

Gecə yarısı havadan iki ölkəni eyni vaxtda vura bilmək hər kəsin görə biləcəyi iş deyil. Dünyada bunu edə bilən çox az ölkə var. Türkiyə bacarığını ortaya qoyur və “mən də varam” deyir”.

Bunun siyasi davamlılığa da təsirləri var.

Son illərdə Türkiyə tez-tez “terrorun mənbəyində məhv edilməsi” tezisini təkrarlayır. Bundan əlavə, prezident Rəcəb Tayyib Ərdoğanın “30 kilometr dərinlikdə təhlükəsiz bölgə” vurğusu hər kəsin ağlına gəlir. Prezident Ərdoğan G-20 Sammitində ABŞ prezidenti Baydenlə üz-üzə görüşüb. Qayıdandan dərhal sonra Rusiya prezidenti Putinlə telefon danışığı olub.

Türkiyə uzun illərdir terrorla mübarizə aparır. Ona görə də təhlükəsizlik qurumları hər zaman hazırdır. “Pəncə-Qılınc” bunun göstəricisidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pəncə-Qılınc   Əməliyyat  


Bizi "telegram"da izləyin