Fransa Vahid Qərb strategiyasına xəyanət edir – Rusiya ilə əməkdaşlıq?

2022/11/39028-1669119352.jpg
Oxunub: 374     16:00     22 Noyabr 2022    
Avropa ölkələri Rusiyanın təcrid siyasətinin əvəzini çox ağır ödəyəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib və bunun əvəzini artıq ödədiklərini bildirib. Avropa ölkələrinin siyasi suverenliyi ilə bağlı fikirlər nəzərə alındıqda Ərdoğan haqlıdır. Bu fərziyyə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə bir neçə ay əvvəl Almaniya və İtaliya liderlərini “Avropa suverenliyi” məsələlərini müzakirə etmək üçün Parisə dəvət edərkən irəli sürülüb.

Lakin bu müzakirə Fransanın xəyal etdiyi və ya istədiyi kimi davamı etmədi. İtaliyada baş nazir istefa verdi, yeni seçki, yeni siyasi idarəetmə koalisiyası formalaşdı, ondan sonra Fransanın təklifi istiqamətində heç bir maraq görünmədi.

Ərdoğanın fikirlərinə qayıdaraq qeyd etmək lazımdır ki, Avropanın Rusiyanı təcrid etmək siyasəti ən azı Fransa üçün uyğun deyil. Ona görə, Makron Ukrayna və Rusiya arasında dialoq barədə danışır. Makron ötən günlərdə etdiyi çıxışı zamanı Fransanın milli təhlükəsizlik strategiyasına yenidən baxıldığını açıqlamışdı. Makronun sözlərinə görə, Fransa artıq müdafiə mövqeyinə arxalana bilməz və Fransanın təhlükəsizlik konsepsiyası yenidən hazırlamalıdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkə Senatının qəbul etdiyi təxribatçı qətnamə də Fransanın həmin problemləri kontekstində nəzərdən keçirilməlidir. Həmin qətnamənin “hədəf”i də ilk növbədə Türkiyə idi.

Maraqlıdır ki, Ərdoğanın bəyanatı məhz bunun fonunda verilir. Fransa öz qətnaməsi ilə 10 noyabr sənədinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq Rusiyaya müəyyən əməkdaşlıq imkanı mesajı verir. Fransa faktiki olaraq Vahid Qərb strategiyasına xəyanət edir və öz maraqlarını irəli sürür. Bunun nəticələri ilk növdəfə Avropa üçün mənfi olacaq.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin