“İlham Əliyev Soçidə Rusiya rəhbərliyinə açıq-aydın bildirib ki, Qarabağ məsələsi onlar üçün bağlıdır” - Babayan

2022/09/sdfsd-1662528571.jpg
Oxunub: 847     18:54     22 Noyabr 2022    
“İstənilən variant nə Qarabağ (separatçılar – red.), nə də Ermənistan üçün əlverişli deyil”.

Ordu.az xəbər verir ki, bunu Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan deyib.

Onun sözlərinə görə, Azərbaycan özü variantların heç birini qəbul etmir.

“Başqa sözlə, heç kimin müzakirə etmək istəmədiyi bir şeydən danışırsınız. Adam Soçidə Rusiya rəhbərliyinə açıq-aydın bildirib ki, Qarabağ məsələsi onlar üçün bağlıdır. Hansı sənəddən danışırsınız? Nə qədər istəyirsiniz sənəd gətirin. Yeganə yol beynəlxalq məhkəmələrlə qanuni yoldur. Başqa yolumuz yoxdur. Qalanları nağıldır. Adam səninlə bu barədə danışmır”, - deyə Babayan qeyd edib.

O, “təhlükəsizlik zəmanətləri”nə toxunaraq vurğulayıb: “Zəmanət ondan ibarətdir ki, Rusiya 5 illik təhlükəsizlik zəmanəti rolunu öz üzərinə götürüb və məsuliyyət daşıyır. Rusiyanı müdafiəsini və mövcudluğunu gücləndirməyə məcbur etmək lazımdır. Qarabağda qalan sakinlərin isə özünümüdafiəsi olmalıdır. Emənistan rəhbərliyi bu haqda düşünməlidir. Azərbaycan “bu xalq”la (Qarabağda qanunsuz məskunlaşmış sakinlər – red.) danışıqlar aparmağın yolunu tapmalıdır. İlham Əliyev bəyanat verir, bəs kiminlə danışıq aparır? Sirr budur”.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin