Ermənistan KTMT-dən çıxacaq?| İrəvanda gərgin müzakirə aparılır

2019/05/timth-1559200815.jpg
Oxunub: 479     16:55     22 Noyabr 2022    
KTMT Assambleyası ərəfəsində Ermənistanda təşkilatdan çıxmaqla bağlı söhbət yenidən gündəmə gəlib. Təşkilatçıların sözlərinə görə, Ermənistan ictimaiyyətinin münasibətini nümayiş etdirmək üçün Assambleya günü İrəvanda etiraz aksiyası və ya mitinq keçiriləcək. Bu baxımdan sual yaranır ki, KTMT ölkələri və onların rəhbərləri Ermənistan ictimaiyyətinin təşkilata münasibətindən, onların siyasətindən xəbərsizdir?

Faktiki olaraq, bu qurum Ermənistan üçün aktual deyil. YAP-ın 30 illik yubiley tədbirində Prezident İlham Əliyevin də dediyi kimi, bu qurumda Azərbaycanın dostları daha çoxdur.

Ancaq, burada Ermənistan üçün vacib sual hələ də cavablandırılmamış qalır. Ermənistanda təşkilatı tərk etsə, onun yerini nə ilə dolduracaq? Ermənistan ictimaiyyətində müzakirələr “çıxaq və ya çıxmayaq” səviyyəsində aparılır. Ancaq ondan sonra nə ediləcəyi barədə fikir yoxdur.

Ermənistan təşkilatdan çıxacağı təqdirdə Rusiyanın münasibəti necə olacaq, çıxmasa onun təhlükəsizliyini kim təmin edəcək? Bu suallara ermənilər hələ də cavab tapa bilməyib və ona görə də təşkilatdan çıxmaq barədə müzakirələr bayağı səviyyədədir.

Bəziləri düşünür ki, bu gün Rusiyanın Ermənistana verəcəyi heç bir “cəza” gücü yoxdur. Ancaq söhbət ərazisində bir neçə min rus hərbçinin, texnikanın olduğu Ermənistandan gedir. Odur ki, Ermənistanın yeganə yolu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq, təxribatlardan uzaqlaşmaqdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin