“Milli səviyyədə çox ciddi problemimiz var” - Erməni hərbi ekspert

2021/02/Karen-1612938366.jpg
Oxunub: 247     16:50     23 Noyabr 2022    
“Sadəcə mühüm hadisənin dəqiq tarixini (2008-ci ilin yayında olmuşdu) tapmağa çalışırdım, “Google” heç bir erməni mediasından material tapmadı”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

“Milli səviyyədə bizim kollektiv yaddaşın yaradılması və qorunması ilə bağlı çox ciddi problemimiz var: bizim kollektiv yaddaşımızı türklər və azərbaycanlılar, ruslar və qərblilər, onlara xidmət edən müxtəlif erməni işbirlikçiləri, nikolçulardan tutmuş Msra ağaclarına qədər digərləri yaradırlar, lakin erməni millətçilər yaratmırlar. Halbuki kollektiv yaddaş milli kimliyin əsasıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kollektiv-yaddaş  


Bizi "telegram"da izləyin