Ərdoğan PKK/YPG terrorçularına qarşı əməliyyatla bağlı yeni göstərişlər verib

2022/11/thumb-1669094131.jpg
Oxunub: 163     00:14     22 Noyabr 2022    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi müdafiə naziri Hulusi Akar ilə telefon danışığında YPG terrorçularına (PKK-nın Suriya qanadı) qarşı son əməliyyatı müzakirə edib və yeni göstərişlər verib.

Ordu.az-ın məlumatına görə, Türkiyə ordusunun Komandanlıq Mərkəzində olan H.Akar prezidentə davam edən əməliyyat, eləcə də qurudan və havadan vurulan hədəflər, hazırkı fəaliyyətlər, zərərsizləşdirilən terrorçular haqqında məlumat verib.

Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, gün ərzində terrorçular Türkiyə ərazisinə 10 raket zərbəsi endiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin