NATO-nun Baş katibi Kosovo və Serbiya arasında gərginliyə münasibət bildirib

2022/09/1663767078.jpg
Oxunub: 254     22:43     21 Noyabr 2022    
NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kosovo və Serbiya arasında gərginliyi müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Baş katib “Twitter"də bildirib.

Stoltenberq tərəflər arasında mübahisənin həllinin (avtomobillərin nömrə nişanları ilə bağlı) tapılmamasından məyusluğunu ifadə edib. "İndi məsuliyyət və praqmatik həllərin vaxtıdır. Eskalasiyanın qarşısı alınmalıdır", - Stoltenberq vurğulayıb.

O əlavə edib ki, Kosovadakı NATO sülhməramlıları vəziyyətlə bağlı diqqətlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Kosovo   Serbiya  


Bizi "telegram"da izləyin