Keçmiş erməni əsir: “Hərbi polisdə “özünü partlatmağa qumbaran yox idi?” dedilər”

2022/11/esier-1669026466.jpg
Oxunub: 1949     21:18     21 Noyabr 2022    
Sentyabrda əsir götürülmüş və artıq Ermənistana qaytarılmış erməni hərbi qulluqçulardan biri anonimlik şərti ilə əsirlik günləri ilə bağlı təfərrüatları danışıb.

Ermənistan Müdafiə Nazirliyi atəşkəsdən sonra oğlanların nə üçün əsir götürülməsi ilə bağlı valideynlərə heç bir izahat verməyib, erməni əsgərlərin Azərbaycanın PUA-larına qarşı nə üçün yalnız avtomat silahlarla olması ilə bağlı suallar cavabsız qalıb.

“Bizim istiqamətimizə, bizim arxamızdan kömək olmayıb. Kömək bizim tərəfimizdən, arxamızdan gəlmədi. Rütbəlilərdən çox PUA-lar gəlirdi, yalnız avtomatlar yanımızda idi. Əsgərləri geridə qoyaraq, mövqeləri bağışlayırlar”, - deyə o bildirib.

Valideynlər şikayətlərinin Ermənistan Müdafiə Nazirliyində düzgün araşdırılmadığını iddia edirlər. Azərbaycandan Ermənistanın hərbi polisinə təhvil verilmiş erməni əsgərləri özlərini partlatmamaqda və əsir düşməkdə günahlandırıblar.

“Yeganə mümkün variant tutulmamaq üçün intihar etmək idi. O müddət ərzində ailəmi, qohumlarımı düşünməyi bacardım, nə edəcəyimi sona qədər qərar verə bilmədim, o an ölmək yaşamaqdan qat-qat asandır... İki gün mühasirədə qaldıqdan sonra əsir düşdük.

Əsirlik dövlətə, millətə qarşı bağışlanmaz günah kimi təqdim olunur. Belə bir fikir belə idi ki, əsir düşməkdənsə, ölmək yaxşıdır. Bu həm Silahlı Qüvvələrdə, həm də Hərbi Polisdə ümumi baxışdır. Hərbi polisdə “özünü partlatmağa qumbaran yox idi?” dedilər”, - deyə erməni hərbçi qeyd edir.

Erməni hərbçi tezliklə orduya çağırılacaq. Valideynlərinin sözlərinə görə, onun ciddi psixoloji problemləri var, qabırğası sınıb. Ailə başında da problemlərin olduğunu qeyd etsə də, xəstəxana kompüter tomoqrafiyasından imtina edir. Erməni hərbçinin anası hakimiyyətin hərbçilərə laqeyd münasibəti ilə bağlı daha bir epizod təqdim edib.

“Qayıdandan sonra üçüncü gün Bakının verdiyi idman paltarında, rezin ayaqqabıda idilər”, - deyə o qeyd edib.

Əsgərin valideynləri oğlunun hüquqlarını müdafiə etmək üçün insan hüquqları müdafiəçisi Kristine Qriqoryana müraciət edərək, onun hazırkı səhhətinə görə hərbi xidmətə cəlb olunmaması barədə kömək istəyiblər.

Ermənistanın müdafiə nazirinin isə əsirlikdən qayıdanların problemləri ilə bağlı deməyə sözü yoxdur. Sentyabrın 14-də mühafizəçilərin əhatəsində parlemantə gələn Suren Papikyandan qanunvericilikdə dəyişikliklərin edilməsi, əsirlikdən qayıdan psixoloji və fiziki problemləri olan hərbçilərin tərxis olunmasının mümkün olub-olmadığını soruşublar. O, “Belə bir şeyin olacağını düşünmürəm” deyərək cangüdəninin müşayiəti ilə gedib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir  


Bizi "telegram"da izləyin