“Forbes”: Ermənistan Ukrayna münaqişəsinə görə rusiyalıların köçürülməsindən əsas faydalanan ölkəyə çevrilib

2020/08/15846-1598078990.jpg
Oxunub: 464     19:50     21 Noyabr 2022    
Ermənistan Ukrayna münaqişəsinə görə rusiyalıların köçürülməsindən əsas faydalanan ölkəyə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə “Renaissance Capital”ın Ermənistan iqtisadiyyatına həsr olunmuş hesabatında deyilir.

Qeyd olunub ki, investisiya şirkətinin analitikləri ilin əvvəlində iqtisadiyyatın 5 faiz artımını proqnozlaşdırsalar da, bu il ölkədə ÜDM-in 14 faizədək artacağını proqnozlaşdırırlar.

“S&P Global”ın analitikləri hesabatda bu il ikirəqəmli iqtisadi artımın səbəbləri arasında ölkənin ödəniş balansını dəstəkləyən Rusiyadan pul köçürmələrinin kəskin artımını, eləcə də xarici valyuta axını hesabına daxili tələbatın artmasını qeyd edirlər. Təkcə iyul-sentyabr aylarında ruslar Ermənistana 267,3 min dəfədən çox daxil olublar.

Rusların axını ilə əlaqədar olaraq İT sektoru Ermənistanda ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib.

“Biz görürük ki, İT sektoru hazırda ÜDM baxımından o qədər də böyük deyil, lakin dövlət mütəxəssislərin və ya İT-biznesin lokallaşdırılmasına kömək edir ki, bu da ölkə iqtisadiyyatı üçün faydalıdır. Biz bu sektorda güclü ikirəqəmli artımın şahidi olacağıq”, - deyə “Renaissance Capital”ın Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Sofiya Donets qeyd edib.

Donetsin sözlərinə görə, hazırda Ermənistanda otel sektoru, restoran sektoru, xidmət və ticarət sektoru 30 faizə qədər artım nümayiş etdirir.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ermənistan  


Bizi "telegram"da izləyin