Türkiyənin “Siper” HHM sistemi öz rekordunu təzələyib

2022/08/1660040172.jpg
Oxunub: 2007     17:52     19 Noyabr 2022    
Türkiyənin yerli “Siper” Hava Hücumundan Müdafiə (HHM) sisteminin növbəti sınağı uğurla həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Sınaq zamanı “Siper Blok I” raketi növbəti atış sınağını müvəffəqiyyətlə başa vurub.

Bütün elementləri ilə yaxşı performans göstərən və 100 kilometr mənzilə sahib olmağı hədəfləyən “Siper” sistemindən atılan “Siper Blok I” raketi sınaq zamanı öz mənzil rekordunu təzələyib.

Sınaq zamanı onun neçə kilometrə çatdığı açıqlanmasa da, hazırda raketin 100 kilometr məsafə hədəfinə çatacağı bildirilir.

Müdafiə Sənayesi Komitəsi “Siper” sistemini 2023-cü ildə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Siper  


Bizi "telegram"da izləyin