Ordu.az xəbər verir ki, bu barədə “Military Africa” nəşri yazıb.
Təyyarələr artıq Nigeriyaya çatdırılıb. Nigeriya Hərbi Hava Qüvvələri ilə Çexiyanın “Aero Vodoçodi” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, ümumilikdə 6 ədəd L-39 təyyarəsi modernləşdirilir.
Digər 3 Aero L-39 təyyarəsi 2022-ci ilin iyulunda mərasimlə Nigeriyaya təhvil verilib. Modernləşdirilmiş təyyarələr “Genesys Aerosystems” şirkətinin avionik sistemləri ilə təchiz edilib.
Çexiyanın dövlətə məxsus “LOM Praha” şirkəti Nigeriyalı pilotların “hava-hava” və “hava-yer” döyüş bacarıqlarını təkmilləşdirmək üçün 2018-ci ilin birinci yarısında Çexiyadakı “CLV Pardubice” hava təlim mərkəzində 4 nigeriyalı pilota təlim keçməyə başlayıb.
L-39 “Albatros” iki oturacaqlı, tək mühərrikli təlim təyyarəsidir. Çoxfunksiyalı reaktiv təlim təyyarəsi olmaqla yanaşı, strateji kəşfiyyat və yüngül yaxın hava dəstəyi missiyalarında istifadə olunur. L-39ZA təyyarələri hazırda əsasən ABŞ, Azərbaycan, Misir, Türkmənistan və Özbəkistan kimi ölkələr tərəfindən istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az