BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək

2022/07/1658764311.jpg
Oxunub: 183     09:11     19 Noyabr 2022    
BMT Təhlükəsizlik Şurası noyabrın 21-də keçiriləcək iclasında KXDR ətrafında vəziyyəti müzakirə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının cümə günü yayılan proqramında deyilir.

KXDR üzrə müzakirələr Bakı vaxtı ilə saat 19:00-dan sonra planlaşdırılır.

Məsələyə baxılması təşəbbüsü Qərb dövlətlərinin olub.

Şimali Koreya cümə günü səhər saatlarında Yaponiya tərəfindən qitələrarası raket kimi təsnif edilən raket buraxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BMT  


Bizi "telegram"da izləyin