ABŞ vitse-prezidenti: Şimali Koreyaya qətiyyətli cavab veriləcək

2022/11/22090-1668765940.jpg
Oxunub: 183     14:04     18 Noyabr 2022    
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv olan ölkələr Şimali Koreyanın nüvə sınaqlarına qətiyyətli cavab verəcəklərini bəyan edib.

Ordu.az Ağ Evin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.

Kamala Harris bu gün Banqkokda Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə keçirdiyi görüşdə deyib ki, tərəflər Şimali Koreya ilə anlaşılmazlıqları diplomatik yolla həll edəcəklər.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris bu gün Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) tərəfindən raket atılmasının ardınca Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə görüş keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya  


Bizi "telegram"da izləyin