Şimali Koreyanın ballistik raketi 1 000 km yol qət edib - YENİLƏNİB

2018/10/thumb-1539174766.jpg
Oxunub: 171     08:20     18 Noyabr 2022    
Yaponiyanın özünümüdafiə qüvvələrinə KXDR-in raketini vurmaq göstərişi verilməyib.

Ordu.az xəbər verir ki, bu barədə yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Masuno məlumat verib.

Masunonun dediyinə görə, ballstik raket 6000 km yüksəklikdə 1000 km yol qət edərək Hokkaydo prefekturası ərazisində dənizə düşüb. Raket heç bir dağıntı və tələfat törətməyib.

***

KXDR növbəti ballistik raket atışını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın sahil mühafizə xidməti məlumat yayıb.

Raket buraxılışının təfərrüatları açıqlanmır. Gəmi heyətlərinin raket qalıqlarına yaxınlaşmaması tövsiyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin