Zabuxda su anbarı tikiləcək

2022/06/1655202646.jpg
Oxunub: 414     19:01     16 Noyabr 2022    
2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində sy anbarının tikintisi nəzərdə tutulub.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

İşi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyidir.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zabux   SES  


Bizi "telegram"da izləyin