Azad olunmuş ərazilərdə sərhəd-buraxılış məntəqələrinin nə vaxt fəaliyyətə başlayacağı müəyyənləşib

2021/10/16219-1633936536.jpg
Oxunub: 699     18:32     16 Noyabr 2022    
Azərbaycan Respublikasının azad edilmiş ərazilərində dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması və fəaliyyətinin təşkil 2022-2025-ci illərdə təmin olunacaq.

Ordu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsi Dövlət Sərhəd Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 2022‒2025-ci illərdə azad olmuş ərazilərdə sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlamasını təmin etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin