Azad edilmiş ərazilərdə şəhərlərin baş planı 2022‒2024-cü illərdə təsdiqlənəcək

2021/09/Agdam-1631019820.jpg
Oxunub: 388     18:23     16 Noyabr 2022    
Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022-2024-cü illərdə şəhərlərin baş və müfəssəl planları hazırlanacaq.

Ordu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” ilə birgə 2022‒2024-cü illərdə 7 şəhərin baş planının və mərkəz hissəsinin müfəssəl planının təsdiq edilməsini təmin etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şəhər   Plan  


Bizi "telegram"da izləyin