Gələcək İnsansızdır – Hindistan Ordusunun PUA Gücü

2022/11/5-1669028351.jpg
Oxunub: 965     19:31     21 Noyabr 2022    
Pilotsuz Uçuş Aparatları (PUA) əsasən müşahidə və kəşfiyyat vasitəsi kimi vəzifələrindən “ovçu-qatil” funkasiyasını icra edən silaha çevrilib. İllər keçdikcə PUA-lar raketlərlə zərbə endirmək üçün daha böyük rol oynamağa başlayıb.

Zərbə tipli PUA-lara müxtəlif raketlər quraşdırılır, onlar həm quruda və su üstündə olan hədəfləri, həm də sualtı hədəfləri məhv etmək üçün istifadə edilir.

PUA-lar böyük güc artırıcılarıdır və onların istifadəsini optimallaşdırmaq üçün üç xidmət arasında sinerji olmalıdır. Onları çoxşaxəli işlərdə səmərəli istifadə etmək olar. Hazırda bir çox ölkələrin silahlı qüvvələrində bu silahların sayı məhduddur, məsələn Hindistanın üç xidməti arasında PUA-ların inteqrasiyası həyata keçirilməyib. Hindistan ordusunun “Heron” PUA-ları yüksək hündürlükdəki bölgələrdə müşahidə missiyalarında çox yaxşı performans göstərir, həmçinin şimalda yerləşən səhralarda manevr elementləri üçün kritik məlumat verir.

Hindistan ilk PUA-sını 1998-ci ildə İsraildən alıb. “Searcher Mark I” adlı PUA-ların əməliyyat hündürlüyü, uçuş müddəti, məsafəsi və daşıdığı faydalı yük məhdud idi.

Hindistan silahlı qüvvələri uzun müddətdir PUA-larla işləyir. Hindistan Quru Qoşunları, Hindistan Hərbi Hava Qüvvələri (HHQ) və daha sonra Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən PUA-lar əldə edilib.

Hökumət əvvəlcə Müdafiə Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) “Aeronautical Developmental Establishment” (ADE) adlı müəssisəsinə istifadəçi tələblərinə cavab vermək üçün təkmilləşdirilmiş katapult buraxılış sistemləri olan PUA istehsal etmək tapşırıldı. Hindistan silahlı qüvvələrinin PUA-larının əksəriyyəti İsraildən alınıb.

Hindistan Quru Qoşunları əvvəlcə “Searcher Mark I”i, ardınca 15.000 fut hündürlükdə fəaliyyət göstərə bilən “Searcher Mark II”ni və nəhayət, 30.000 fut yüksəklikdə fəaliyyət göstərə bilən “Heron”u əldə edib.

HHQ dərhal Quru Qoşunlarını izləyib. Əvvəlcə “Searcher Mark I”i, ardından Searcher “Mark II”ni alıb və Quru Qoşunlarından əvvəl “Heron” sistemlərini əldə edib. Hindistan Hərbi Dəniz Qüvvələri uzun mənzilli dəniz tələblərinə uyğun gələn “Heron” PUA-larını əldə edib. Daha sonradan HHQ-nin “Harop” PUA-ları aldığı bildirilir.

Hazırda Hindistan silahlı qüvvələri İsrail mənşəli 200-dən çox “Searcher” və “Heron”, eləcə də “Harop” PUA-larına malikdir.

“Searcher” 18 saata qədər havada qalmaq və müxtəlif sensorlar daşımaq qabiliyyəti ilə Qərb sərhədləri və Hindistan sahilləri boyunca müşahidə üçün istifadə edilir. “Heron” daha böyükdür, uçuş çəkisi 1150 kq olan PUA 250 kq faydalı sensor yükünü daşıya bilir, 52 saata qədər (seçilmiş uçuş profilindən asılı olaraq) havada qala bilir və 32.000 fut hündürlüklə Hindistanın şimal sərhədləri boyunca müşahidə əməliyyatlarında tətbiq edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   PUA   Gələcək  


Bizi "telegram"da izləyin