Krımın ilhaqından sonra Rusiyanın əlinə keçən Ukrayna hərbi gəmiləri – ARAŞDIRMA (SİYAHI)

2022/11/1669027913.jpg
Oxunub: 670     17:19     21 Noyabr 2022    
Ukraynada 2014-cü il fevralın 18-də başlayan etiraz aksiyaları qısa zamanda bütün ölkəni bürüdü. Fevralın 23-dən etibarən Kiyevdə sakitlik olsa da, qarışıqlıqdan istifadə etmək istəyən Rusiya müxtəlif xüsusi döyüş hissələrini Krıma daxil etməyə başladı. 1997-ci ildə imzalanan müqaviləyə əsasən, Rusiya Krımda yerləşən hərbi bazalarını 2017-ci ilə qədər saxlaya və Ukraynanın daxili işlərinə qarışmamaq şərti ilə 25 minə qədər əsgər saxlaya bilərdi və yarımadada 12 min əsgər var idi. 2009-cu ildə imzalanan yeni müqavilə ilə müddət 2017-ci ildən 2042-ci ilə qədər uzadılıb.

Kontr-admiral Denis Berezovski martın 1-də Ukrayna etirazları zamanı Ukraynanın Baş Qərargah rəisi təyin edilən keçmiş Hərbi Dəniz Qüvvələri komandanı admiral Yuri İlinin yerinə təyin edilmişdi, lakin martın 2-də Berezovski Krıma sədaqət andı içdiyini elan etdi və vəzifəsindən azad edildi. Sonradan işdən çıxarılan Yuri İlin də Krımda qalmağa üstünlük verib. Kontr-admiral Sergey Hayduk Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığına təyin edilib.


Martın əvvəlindən Ukrayna limanlarını və bazalarını blokadaya alan Rusiya Ordusu 170 metr uzunluğundakı “Project 1134B” sinfinə məxsus “707 Oçakiv” sualtı əleyhinə gəmisini gecə Ukrayna Cənub Dəniz Bazasının yerləşdiyi Donuzlav körfəzinin girişində batırıb. “Oçakiv”in ardınca VM-116 “Şaxtyor” dalğıc gəmisi də körfəzi bağlamaq üçün batırıldı. Beləliklə, müxtəlif tipli 13 Ukrayna gəmisi körfəzdə qalıb.

Martın 16-da keçirilən qeyri-qanuni referendumun ardınca martın 17-də Krım Ukraynadan müstəqilliyini elan edib və Rusiyanın tərkibinə daxil olmaq istəyib. Rusiya bu tələbi müsbət qarşılasa da, mühasirədə olan Ukrayna bazalarına və limanlarına silah buraxmağa çağırışlar edilməyə başlandı. Martın 19-da Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopol qərargahına basqın edilib, kontr-admiral Sergey Hayduk və yüksək rütbəli ukraynalı komandirlər saxlanılıb. Əməkdaşlıqdan imtina edən admiral Hayduk daha sonra sərbəst buraxılıb.


Bir çox gəmilər Rusiyanın silahı yerə qoyaraq tərəfi dəyişmək çağırışına müsbət cavab verdi və bəzi gəmilərdə komandir də daxil olmaqla, ekipajın çox hissəsi tərəf dəyişdi, bəzi gəmilərdə isə yalnız komandir tərəf dəyişdi. Əməkdaşlıq etməyən və andına sadiq qalan əsgərlərə Odessaya getməyə icazə verildi.

Ukraynanın yeganə sualtı qayığı olan “Zaporojye” 21 martda Sevastopolda lövbər salıb. Martın 24-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin ən ağır döyüş gəmisi olan “Project 775 “(Rapucha) sinfinə məxsus “U402 Konstantin Olşanski LSD” rusların əlinə keçdi. Martın 25-də Krımda olan sonuncu Ukrayna gəmisi “Project 266M” (Natya) sinif U311 “Çerkası” mina gəmisi uzun müqavimətdən sonra rusların əlinə keçib. “Çerkassı”nın ruslar tərəfindən ələ keçirilməsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 60-a yaxın üzən platformasından 51-i itirildi. F-130 “Hetman Saqaydaçnı” freqatı ilə birlikdə Hərbi Dəniz Qüvvələrində 10-a yaxın gəmi qaldı. “Hetman Saqaydaçnı” gəmisi baş verən hadisələr zamanı Somalidə xidmətdə olduğu üçün Krımda deyildi, xidmətdən qayıdarkən Odessada lövbər salıb.


Aprel, may və iyun aylarında edilən geri dönüşlərdə 35 gəmi Ukraynaya geri göndərildi, lakin “Konstantin Olşanski”, “Çerkası” və “Zaporojye” də daxil olmaqla bir çox gəminin geri qayıtmasına icazə verilmədi. Rusiya gəmilərin geri qayıtmamasını Donbasdakı münaqişələrlə əlaqələndirib. Nisbətən müasir və faydalı gəmilər Rusiyanın Qara dəniz donanmasına daxil edildi.

Ukrayna Hərbi Dəniz Qüvvələrindən başqa, Ukrayna Dəniz Mühafizəsinə (Ukrayna Sahil Mühafizəsi) məxsus 12 gəmi və kater də rusların əlinə keçmişdi.


Bəzi ukraynalı admiralların fikrincə, gəmilərin ruslara verilməsi sonuncuların Ukraynanın ərazisini işğal etməsi səbəbindən baş verməsi kimi göstərilə bilməz. Əsgərlərin maaşlarının 4 mislini almaq istəyi və ailə səbəbləri Rusiya tərəfini seçməkdə təsirli olub. Denis Berezovski vitse-admiral rütbəsinə malikdir və Rusiya Sakit Okean Donanması komandanının müavini vəzifəsində çalışır. Rusiya işğalı başlamazdan əvvəl Ukraynanın Krımda 13468 əsgəri var idi və onlardan 3390-ı Ukraynaya qayıtdı. Xəyanətə məruz qalan əsgərlərin bir qismi indiki müharibədə Ukraynaya qarşı vuruşur.

Rusiya Ordusu üzən platformalarla yanaşı, Ukrayna Hərbi Dəniz Aviasiyasına məxsus çoxlu sayda fırlanan və sabit qanadlı təyyarəni də ələ keçirib. Rusiya Ordusu bazalara çatmazdan əvvəl Ukrayna ərazisinə 1 ədəd Ka-27PL, 3 ədəd Mi-14PL helikopteri, 1 ədəd Be-12 amfibiya təyyarəsi və 2 An-26 nəqliyyat təyyarəsi göndərilmişdi.

Aşağıda 2014-cü ildə Krımın ilhaqı zamanı Ukrayna Hərbi Dəniz Qüvvələrindən götürülən gəmilər (cəmi 35 961 ton) təqdim olunur:


Sualtı qayıq: “Zaporojye” (1941 ton),
Korvet : U205” Lutsk” (1056 ton), U209 “Ternopil” (1056 ton), U208 “Xemelnitski” (495 ton), U206 “Vinnitsa” (811 ton tikinti) hələ tamamlanmamış) U201 “Lviv” (369 ton), U203 “Luqansk” (369 ton),
Raket Korveti: U155 “Dneper” (469 ton),
Komanda gəmisi: U510 “Slavutiç” (4500 ton), A500 “Donbas” (5520 ton) (Geri qaytarıldı),
Desant gəmisi: U402 “Konstantin Olşanski” (3526 ton), L401 “Yuri Olefirenko” (1120 ton) (Geri qaytarıldı),
Mina gəmiləri: U811 “Balta” (1811 ton) (Geri qaytarıldı), sinfi U310 “Çerniqiv” (735 ton), U311 “Çerkassı” (735 ton), U360 “Geniçesk” (88 ton)
Təlim gəmisi: U951 “Velyka Oleksandrivka” (500 ton), A540 “Cigrin” (345 ton) (Geri qaytarıldı), A541 “Smila” (345 ton) (Geri qaytarıldı), A542 “Nova Kaxovka” (345 ton) (Geri qaytarıldı),
Nəqliyyat gəmisi: A854 “Dobropilja” (142 ton) (Geri qaytarıldı), A753 “Qorlivka” (2187 ton) (Geri qaytarıldı),
Dalğıc gəmisi: A701 (248 ton) (Geri qaytarıldı), A732 “Romni” (35 ton) (Geri qaytarıldı), U733 “Rammer” (35 ton) (Geri qaytarıldı),
Yedək gəmisi: U953 “Dubno” (182 ton), A942 “Novoozerne” (16 ton) (Geri qaytarıldı), A831 “Kovel” (717 ton) (Geri qaytarıldı), A830 “Korets” (1092 ton),
Xilasetmə gəmisi: U706 “İzyaslav” (759 ton) (Geri qaytarıldı),
Üzən kran: U802 “Kalançak” (1200 ton),
Döyüş gəmisi: A853 “Korosten” (45 ton) (Geri qaytarıldı),
Tanker: U759 “Bacmaç” (539 ton), U760 “Fastiv” (539 ton) (Geri qaytarıldı),
Su tankeri: A756 “Zander” (982 ton) (Geri qaytarıldı),
Axtarış və xilasetmə gəmisi: U705 “Kremenets” (1435 ton),
Neft və Zibil Toplayan Gəmi: U954 MUS-482 (208 ton),
Torpedo-qayıq: Layihə 1388 sinif U891 “Xerson” (269 ton),
Tədqiqat gəmisi: U860 “Komyonka” (323 ton) (Geri qaytarıldı)


Xəstəxana gəmisi: A782 “Sokal” (215 ton) (Geri qaytarıldı),
Yanğınsöndürən gəmi: A722 “Borçive” (145 ton) (Geri qaytarıldı), A728 “Evpatoria” (145 ton) (Geri qaytarıldı),
Hidroqraf gəmisi: U635 “Skyra” (127 ton), A662 MGK-1889 (5 ton), A659 MGK-1877 (5 ton) (Geri qaytarıldı),
Fiziki Sahəyə Nəzarət Gəmisi: U812 “Severodonetsk” (1350 ton) (Geri qaytarıldı),
Sərnişin gəmisi: A783 “Çornomorsk” (75 ton) (Geri qaytarıldı),
Xidmət gəmisi: A001 “Admiralski” (9 ton) (Geri qaytarıldı), U926 (46 ton),
Patrul gəmisi: U153 “Priluki” (230 ton) (Geri qaytarıldı),
Təxribat əleyhinə qayıq: U240 “Feodosia” (54 ton).

Ukrayna Hərbi Dəniz Qvardiyasından ələ keçirilən iri gəmilər:

Korvet: BG-51 “Poltava” (369 ton), BG-52 “Hryhoriy Hnatenko” (369 ton),
Patrul gəmisi: Layihə 205P sinif BG-31 “Bukovina” (238 ton).

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin