Afrikada balanslar dəyişir! Malidə Fransa-Rusiya qarşıdurması

2022/11/1668855960.jpg
Oxunub: 553     17:11     19 Noyabr 2022    
Afrikada köhnə günlərinə qayıtmaq istəyən Fransanın 2012-ci ildən bu yana davam edən əməliyyatlarına Rusiyadan zərbə.

Rusiyanın “Vaqner” Özəl Hərbi Kompaniyası Afrikada təsirini artırır.

2012-ci ildə Malidəki koloniyasını və Afrikadakı maraqlarını təmin etmək istəyən Fransa “Barxane” əməliyyatı çərçivəsində bölgədə əsgər saxlayacağını açıqlamışdı. Afrikada köhnə müstəmləkə sisteminə qayıtmaq istəyən Fransa 2013-cü ildə ölkədə qəzaya uğrayan helikopterdə 13 əsgərini itirmişdi. Fransanın ölkədəki hərbi varlığının artmasına səbəb olan qəzadan sonra əsgər sayı 5 mini keçdi.

Etnik münaqişələr, terror və iğtişaşları əsas gətirərək uzun illər Malidə mövcudluğunu qoruyan Fransa 8 min kilometrlik Sahel sərhədini qorumaq üçün Serval əməliyyatına başlayıb.

“Qərbi Afrika Cihad və Tövhid Hərəkatı”, “Ənsaruddin” və “Məğrib Əl-Qaidə” kimi regional aktorlar Suriyada İŞİD-in etdiyi kimi Malidəki vətəndaş müharibəsində öz yerlərini aldılar.

Suriyada aktiv rol oynayan aktorlardan biri olan Rusiyanın diqqəti beləliklə Afrikaya yönəldi. 2015-ci ildən Çin və Rusiyanın Afrika siyasəti aydınlaşarkən, bölgəyə rus muzdluları yerləşdirilib.

Şimali Afrikada əldə edilə bilməyən sabitlik yerini həm Rusiya, həm də Fransanın Mərkəzi Afrikada törətdiyi terrora buraxıb. Milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalarkən bir-birinin ardınca kütləvi qətl xəbərləri yayıldı.

Rusiya muzdlularının da Afrikada dinc insanlara qarşı zorakılıq tətbiq etdiyinə dair iddialar, xüsusən də koronavirus pandemiyası zamanı gündən-günə artıb.

Oxşar xəbərlər təkcə Malidən deyil, Mərkəzi Afrika Respublikası, Liviya və Efiopiyadan da tez-tez gəlirdi.

Lakin Malidə vəziyyət Rusiyanın xeyrinə dəyişdi. Rus muzdlularının Malidə xidmət etməsinə icazə verən razılaşma xəbəri Fransa koloniyasının sakinləri arasında müsbət qarşılanıb.

Paris administrasiyası iki ölkənin imzalayacağı, minlərlə “Vaqner” muzdlusunun göndərilməsini nəzərdə tutan müqaviləni əngəlləməyə çalışarkən, Malinin paytaxtı Bamakoda Yerevolo platformasının təşkil etdiyi nümayişlərdə yüzlərlə insan Fransa əleyhinə şüarlar səsləndirdi.

Fransa əleyhinə nümayişlərdən sonra “Barxane” Əməliyyatı Komandiri Laurent Miçon Saheldəki əməliyyatın qısa müddətdə yeni marşrutla davam edəcəyini açıqladı.

Mövzu ilə bağlı açıqlamasında Fransanın sabiq xarici işlər naziri Jean-Yves Le Drian vurğuladı ki, rus muzduluların Malidə mövcudluğu Fransa üçün qəbuledilməzdir.

İngiltərə, ABŞ və Avstraliya arasında imzalanan AUKUS-a görə Avstraliya ilə bağladığı milyard dollarlıq müqavilələri itirən Fransa bu dəfə Malidə Rusiya ilə qarşılaşıb. NATO ilə bağlı verdiyi açıqlamalardan sonra Avropa ordusunun yaradılmasını müdafiə edən Fransanın eyni vaxtda birdən çox regionda suveren güclərlə qarşılaşması Parisin yeni hökuməti ilə mövcud problemlərin həll olunacağından xəbər verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   NATO  


Bizi "telegram"da izləyin