Türkiyə XİN başçısı: “Ahıska türklərinin müdafiəsini davam etdirəcəyik”

2021/09/16030-1632758422.jpg
Oxunub: 295     13:09     14 Noyabr 2022    
“Ahıska türklərinin müdafiəsini davam etdirəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

Onun sözlərinə görə, ahıskalılar 78 il əvvəl sadəcə türk olduqları üçün vətənlərindən sürgün ediliblər: “Sürgün vaxtı yaşananları unutmur, həyatını itirənləri rəhmətlə anırıq”.

Qeyd edək ki, Ahıska türklərinin öz ata-baba yurdları olan Cənub-Qərbi Gürcüstandan Orta Asiyaya deportasiya edilməsindən 77 il keçir. Bütün çətinliklərə baxmayaraq, bu azsaylı xalq öz türklüyünü qoruyub saxlayıb. Məhz buna görə Gürcüstanı tarixi vətəni hesab edən ahıskalılar ilk növbədə Türkiyəyə öz tuturlar. Türkiyədə yaşayan eyni soylu xalqın mövcudluğu və bu ölkənin ahıskalılarla bağlı köç siyasəti onların axınına töhfə verən digər iki vacib amildir.

Hazırda dünyanın 9 ölkəsində 600 minə yaxın ahıska türkü yaşayır. Onların bəzilərində təhlükəsizliklə bağlı narahatlıq və hərbi münaqişənin nəticələri hələ də ahıskalıları öz gələcəklərini yenidən nəzərdən keçirməyə məcbur edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Axıska  


Bizi "telegram"da izləyin