Türkiyə HDQ-nin “Dunker” simulyatorunda 6 ay ərzində 350 personal təlim keçib

2022/11/dunke-1668417439.jpg
Oxunub: 346     10:59     15 Noyabr 2022    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) yerli və milli “Dunker” simulyatoru təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Simulyator Türkiyə dənizçilərinin sağ qalma təlimlərində istifadə edilir.

“Dunker” Türkiyənin öz sahəsində ilk yerli və milli simulyatorudur. Bu, simulyatorun yerləşdiyi 4 min kvadratmetrlik bir obyektdir. Hər şey Türkiyə Silahlı Qüvvələrinin (TSQ) şəxsi heyətinin ən çətin şəraitdə belə sağ qalması üçün nəzərdə tutulub.

Bildirilir ki, təhvil verildikdən sonra simulyatorda təxminən 6 ay ərzində 350 personal təlim keçib.

Suya düşən simulyator hər iki istiqamətdə 180 dərəcə çevrilə bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dunker  


Bizi "telegram"da izləyin