Ordu.az xəbər verir ki, türkiyəli hərbi jurnalist Tolga Özbek “Altay” tankı ilə ictimaiyyətin gündəmində olan BMC ilə bağlı “Barzan Holdings” vitse-prezidenti Abdullah Əl Katerə sual verib.
Kater sınaqlar başa çatdıqdan sonra Qətərin “Altay” tankı üçün nə zaman sifariş verəcəyi sualını cavablayıb:” BMC Türkiyənin əsas döyüş tankı “Altay” üzərində işləyir. İnanırıq ki, bu işin bir hissəsidir. Biz bununla da fəxr edirik. Testlər və tədqiqatlar hələ də davam edir. Bunlar tamamlandıqdan sonra ümid edirəm ki, yekun sərəncam gündəmə gələcək. Bütün dəstəyimiz davam edir. İşlərin qısa müddətdə uğurla başa çatdırılmasını gözləyirik”.
Son illərdə Türkiyə ilə Qətər arasında əlaqələr xüsusilə müdafiə sənayesi sahəsində yüksələn xətlə inkişaf edir. Türkiyə Silahlı Qüvvələri bu gün Dünya Çempionatında Qətərin təhlükəsizliyinə töhfə verir. Qətər isə zərurət yarandıqda təlim məqsədilə Türkiyədəki hava bazalarında təyyarə və personal saxlaya bilər.
Qətər həm də Türkiyənin müdafiə ixracatı üçün mühüm bazardır. Qətər tərəfində Türkiyənin müdafiə şirkətlərinə sərmayə qoyuluşu çox önəmlidir.
2016-cı ildə Qətərdə müdafiə investisiyaları üçün fərqli addımlar atıb. “Barzan Holdinq” Qətərin Müdafiə Nazirliyinin nəzdində yaradılıb. Məqsəd Qətərdə müdafiə sənayesi infrastrukturunun yaradılmasıdır. “Barzan Holdinq” bu günə kimi 13 beynəlxalq tərəfdaşlığa imza atıb. Bunlara Almaniyada “Rheinmetal” və Norveçdə “Kongsberg” kimi şirkətlər daxildir. İtalyan “Baretta and Barzan Binding” adlı ortaq şirkət qurdular. Nigeriyada hərbi tekstil istehsalı “Barer” şirkəti ilə həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az