Türkiyənin DİN rəhbəri: “İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik”

2022/11/icisl-1668415878.jpg
Oxunub: 280     12:40     14 Noyabr 2022    
“İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, terror aktını sifariş edən şəxslər terroçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış: "Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi".

S.Soylu söyləyib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Daxili işlər nazirinin sözlərinə görə, Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb: “Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutumuşuq. Əməliyyatlarımız davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin