İstanbulun İstiqlal küçəsinə bomba qoymaqda şübhəli bilinən şəxs saxlanılıb

2022/11/1668401659.jpg
Oxunub: 188     05:57     14 Noyabr 2022    
Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən bomba qoymaqda şübhəli bilinən şəxsi saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

Soylu qeyd edib ki, izlər Ankaranın terrorçu elen etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxarır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Terror  


Bizi "telegram"da izləyin