Ordu.az xəbər verir ki, bu barədə “DefenceTurk” nəşri yazıb.
Nigeriya Polis Qüvvələri Türkiyədən 6 “Songar” PUA-sının alınaraq ölkəyə gətirildiyini bildirib.
“Asisguard” şirkətinin baş direktoru Mustafa Barış Düzgün ötən il bildirib ki, PUA-ların Afrika ölkəsinə ixracı həyata keçirilib. Daha sonradan həmin ölkənin Nigeriya olduğu məlum olub.
5.56 mm çaplı pulemyot daşıyan PUA-ların 2 ölkəyə satıldığı, 3 ölkə ilə danışıqların aparıldığı bildirilir.
Sevinc Əliyeva
Ordu.az