Ukrayna Zaporojye istiqamətində ordu bölmələrini gücləndirir

2022/09/hj78g-1662905620.jpg
Oxunub: 913     12:23     12 Noyabr 2022    
Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində ordu birləşmələrini gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Zaporojye vilayəti administrasiyası şurasının üzvü Vladimir Roqov məlumat verib.

O əlavə edib ki, Zaporojye istiqaməti Ukrayna ordusu üçün əsas istiqamətə çevrilir və Rusiyanın müdafiə xəttində kəşfiyyat aparılır.

Roqovun dediklərinə görə, Rusiya ordusunun Xerson vilayətindən köçürülmüş hissəsi cəbhənin Zaporojyedə yerləşən hissəsinə köçürüləcək: “Rusiya Silahlı Qüvvələri öz növbəsində müdafiə xəttini gücləndirir, çünki Ukraynanın haqqında sözügedən ərazidən hücuma keçmək üçün böyük qüvvə istifadə edəcəyi ehtimalı var”.

“Ukrayna özü də gizlətmir ki, onların planı Berdyanska gedib çatmaq, bu istiqamətdə olan Vasilyevka, Poloqi və Melitopolu azad etməkdir” - deyə Roqov bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zaporojye  


Bizi "telegram"da izləyin