Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Qərb dünya sivilizasiyası soyqırım irqçiliyinə əsaslanan təəssübkeşlik sayəsində formalaşıb.
“Əvvəldən aydın olmalı idi ki, fundamental mənada Qərb marağı erməni milli maraqlarına ziddir və qərblə flört etməklə fundamental mənfəət əldə etmək mümkün deyil. Amma ağrı burasındadır ki, Ermənistanda nə 1994-cü ildən, nə də 1998-ci ildən Azərbaycanı məhv etmək üçün əsl məqsəd heç vaxt qarşıya qoyulmayıb, səbəb isə resurslar deyildi. 1992-ci ilin iyununda Azərbaycan və Ermənistan tərəflərinin güc balansı 9:1 idi, lakin təslim olmaq fikri yox idi... Deməli, Ermənistan resurs çatışmazlığından yox, ideya çatışmazlığından məğlub olub”, - deyə Elbakyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az