Ordu.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, həmin vaxt parlamentdə müxalifət yox idi.
“Edmon parlament binasını tutmalı idi, yoxsa Qaqik Tsarukyan? Səhv etmirəmsə, “Nikolu tutmaq” üçün hökumət daçalarına bir qrup toplaşıb. İşıq yanana qədər bütün gecə bu teatrın şahidi olduq və vəziyyətin acınacaqlı olduğunu anladıq. Etiraf edim ki, mən gözləyirdim ki, Paşinyanın canlı yayıma çıxıb istefasını elan edəcək. Lakin bunkerdən çıxandan sonra Paşinyan nəinki istefa vermədi, hətta baş verən biabırçılığa haqq qazandırmağa və bunu məğlubiyyətdən daha çox qələbə kimi təqdim etməyə başladı. 6 aya vəziyyəti düzəldəcəyini, ordunun döyüş qabiliyyətini bərpa edəcəyini, mövqeləri möhkəmləndirəcəyini, xalqı şokdan çıxaracağını vəd etdi. Heç nə etmədi... Kresloda qalmağın yolunu tapmaq üçün vaxt qazanırdı. O, növbədənkənar seçki keçirməyi bacarıb, qalanı isə artıq texnika məsələsi idi.
2022-ci il noyabrın 8-də İlham Əliyev Şuşadan Ermənistan hakimiyyətinə barmağını silkələyərək deyirdi ki, strateji mövqelərimizdən Gorus, Qafan, Cermuk, hətta Göyçə gölünü görə bilərik və Ermənistan hakimiyyəti bunun nə demək olduğunu başa düşməlidir.
Paşinyanın hələ də çoxlu sirləri var. O, yəqin ki, İlham Əliyevə, Türkiyəyə, Qərbə yerinə yetirə bilmədiyi sözlər verib. Hətta Ermənistandan keçən ekstraterritorial dəhliz də mövcud ola bilər. İlham Əliyev Naxçıvanla mövcud magistral yollarla birləşməyə razı deyil. Paşinyan Ermənistana daxil olmaq üçün 3 keçid məntəqəsi, 3 magistral yol təklif edib, ancaq Azərbaycan eyham vurur ki, bu vəd edilib və indiyədək bu istiqamətdə heç bir iş görülməyib. Bizim səbrimizin də həddi var, deyə Azərbaycan lideri bildirib. Nikol susur. Deyə bilmədiyi üçün susur: “Verirəm, verirəm, qardaş, amma Moskvadan, Tehrandan olan əmilərim razılaşmır.” Sən qəribə adamsan, Paşinyan. Əvvəldən bilmirdin ki, əmilərin o dəhlizə razı olmaz, niyə söz verirdin
Böyük siyasətin öz qanunları var. Biz buna Ukraynanın timsalında əmin ola bilərik. Ukraynada münaqişə bitmək üzrədir. Qərb Zelenskini yavaş-yavaş sülhə sürükləyir, ondan sonra onu siyasətdən uzaqlaşdıracaqlar. Ukraynanın qalan hissəsində Krımın, Donbassın, Zaporojyenin, Xersonun, hətta bəlkə də Xarkovun iştirak etməyəcəyi yeni seçkilər keçiriləcək. Qərb isə bu güzəştləri edir, çünki xalqın Zelenski hökumətindən narazılığı Ukraynada artıq nəzərə çarpır və bu, üsyana və ABŞ, Aİ və NATO-nun Ukraynadan çıxmasına çevrilə bilər.
Bizim regionda da vəziyyət demək olar ki, eynidir. ABŞ Azərbaycanla Ermənistan arasında vəziyyəti bir gün əvvəl düzəltməyə çalışır. Qərb anlayır ki, müharibənin şiddətlənəcəyi təqdirdə Cənubi Qafqazda bütün “qazanclarını” itirəcək və bu gün İrəvan və Bakı ilə işləyir ki, sabah Moskva və Tehranla işləmək məcburiyyətində qalmasın”, - deyə məqalədə bildirilir
Alpər Mövludoğlu
Ordu.az