Ordu.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bu barədə tviterdə paylaşım edib.
"Rusiya Federasiyası Xersonu "ölüm şəhəri"nə çevirmək istəyir. Rusiya hərbçiləri hər yeri - mənzilləri, kanalizasiyaları minalayırlar. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır", - paylaşımda deyilir.
Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsindən çıxarılması barədə əmr verib.
Ordu.az