Avstraliya üçüncü “Evolved Cape” sinif patrul gəmisini təhvil alıb

2022/11/Image-1668262478.jpg
Oxunub: 330     16:00     12 Noyabr 2022    
“Austal Australia” şirkəti “Evolved Cape” sinifli patrul katerinin üçüncüsünü Avstraliya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“ADV Cape Naturaliste” gəmisi Avstraliya donanması tərəfindən rəsmi olaraq qəbul edilib.

“Austal Australia” şirkəti “Evolved Cape” sinifli patrul gəmisi layihəsi üzərində işləyir. Şirkət həmçinin Avstraliya donanması üçün 22 ədəd “Guardian” sinfinə məxsus patrul katerinin tədarükü üçün müqavilə imzalayıb və 2018-ci ildən bəri 15 gəmi təhvil verib.

“Evolved Cape” sinif gəmilərin ümumi uzunluğu 57,8 m, ümumi eni 10,3 m-dir. Gəminin ekipaj tutumu 32 nəfərdir və iki 7,3 metrlik qayığı daşıya bilir. Gəmi maksimum 25 knot sürətə çata və 12.874 km çox məsafə qət edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Evolved-Cape  


Bizi "telegram"da izləyin